May-iyun aylarında Kliniki Tibbi Mərkəzin (KMT) Toksikologiya şöbəsinə ilan sancması ilə bağlı müraciət edənlərin sayı artıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az KMT-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Bu iki ay ərzində Toksikologiya şöbəsinə ilan sancması ilə bağlı ümumilikdə 36 nəfər müraciət edib. Tibb müəssisələrinə müraciət edənlərin sayında artım müşahidə edilib.
Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.