Space TV-nin aparıcısı Aytac Carçıyevanın veriliş zamanı halı pisləşib. Bu haqda BakuPlus.az Baku TV-yə istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Aparıcının sözlərinə görə, saç yığımı onu narahat edib. O, efiri dayandıraraq saçının açılmasını istəyib:
"Saçım sıx yığılmışdı. Reklam arasında “saçım çox incidir” dedim, amma əhəmiyyət vermədim. O qədər sıx idi ki, bir anda başıma ağrı gəldi. Reklamları elan edə bilmədim. Halım birdən çox pis oldu. 18 illik təcrübəmdə ilk dəfədir ki, özümü saxlaya bilmədim", - deyə o paylaşımında qeyd edib.
Həmin görüntüləri təqdim edirik: