Məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın 13-cü zirvəsini - Qaşerbrumu II (8035 m) fəth edib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az dağçının həyat yoldaşı Mariya Aşurlıya istinadən məlumat verir.
Bu, dünyada olan 14 səkkizminlik zirvədən İsrafil Aşurlunun fəth etdiyi səkkizinci zirvədir. Yüksəliş zamanı İsrafil Aşurlı süni oksigendən istifadə etməyib.
Azərbaycanlı alpinist bütün səkkizminliyi fəth etməyi qarşısına məqsəd qoyub.
Bir müddət əvvəl o, dünyanın 9-cu zirvəsi olan Nanqa Parbatına (8125 m) da qalxıb.