İsrail Prezidenti İsxaq Hersoq Bakıya səfərə gəlib. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev israilli həmkarı ilə görüşüb. Prezidentlər arasında qapalı formatda görüş keçirilib.
Sonra iki ölkənin nazirlərinin də iştirak etdiyi geniş tərkibli görüş keçirilib.
Prezidentlər, həmçinin səhiyyə və tibb sahələrində əməkdaşlıq planı imzalayıblar və mətbuat qarşısında çıxış ediblər.