İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsalığı verib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az səfirliyə istinadən xəbər verir.
Səfirlik öz “X” (ke Twitter) hesabında HƏMAS-İsrail müharibəsində həlak olan azərbaycanəsilli şəxslərlə bağlı paylaşım edərək başsağlığı verib.
"Vətənini müdafiə etmək üçün canlarını qurban verən əslən azərbaycanlı olan cəsur israillilərlə bağlı başsağlığı veririk", – deyə paylaşımda qeyd olunub.