İsrailin “İsrair” aviaşirkəti cümə günü Azərbaycandan İsrailə uçuş təşkil edəcək. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində bu gün, 10 oktyabr tarixində paylaşım edilib.
"Bakıdakı bütün israillilərin nəzərinə! Cümə günü, oktyabrın 13-də “İsrair” aviareysi təşkil olunacaq. Tezliklə “İsrair” saytında məlumat görünəcək və siz biletinizi bron edə biləcəksiniz. Zəhmət olmasa, “İsrair” veb-saytını izləyin", – paylaşımda deyilir.
לכל הישראלים בבאקו!
צפויה טיסת ישראייר ביום ששי הזה, ה-13/10.
היא בקרוב תעלה לאתר של ישראייר ותוכלו להזמין כרטיס.
אנא עקבו אחר אתר ישראייר.
— Israel in Azerbaijan (@IsraelinAZ) October 10, 2023