Bakı sakinləri HƏMAS və İslami Cihadın İsrailə hücumu ilə bağlı İsrail vətəndaşlarına dəstək ifadə etməyə davam edirlər. Ötən gecə saatlarından gün ərzində insanlar səfirliyin yanına gələrək güllər və şam qoyurlar, uşaqlar oyuncaqlar gətirlər.
Səfirliyi ziyarət edənlər arasında ölkəmizdəki yəhudi icmasının nümayəndələri də yer alıblar.
Ötən gün axşam saatlarında İsrail səfiri və onun müavini Azərbaycan xalqına həmrəylik ifadə etdiyinə görə təşəkkür ediblər.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə qarşı kütləvi əməliyyata başlayıb. Hücumla bağlı İsrail ordusu “Dəmir qılınclar” adlı antiterror əməliyyatını elan edib.
Hücum nəticəsində İsrail tərəfindən 700-dən çox insan ölüb, 2382 nəfər yaralanıb. İsrailin Qəzzaya əks-hücumları nəticəsində 436 nəfər ölüb, 2300 nəfərə yaxın yaralı var.
Tərəflər İsrailin cənubu və Qəzza zolağı kimi aktiv döyüş əməliyyatlarının getdiyi ərazilərdən əhalini təxliyə edirlər. İsrail, həmçinin Hizbullah islamçı qruplaşmasının fəaliyyət göstərdiyi Livanla həmsərhəd olan ölkənin şimalındakı sakinlərin təxliyəsini tövsiyə edib.
[URIS id=115866]
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/121.mp4"][/video]