İstanbul - Hoşimin marşrutu üzrə hərəkət edən “Türk Hava Yolları”na məxsus olan təyyarə təcili olaraq Bakıda enib. Bu barədə bu gün, 10 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:52-də Bakı Hava Limanına təhlükəsiz eniş edib.
Sərnişin yerə enəndən dərhal sonra təcili tibbi yardım briqadasına təhvil verilib və onu paytaxt klinikalarından birinə aparıblar.