Bakıya İstanbuldan təyyarə ilə gələn şəxslər qaçaqmalçılığa görə Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən saxlanılıblar. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Aeroportda xidmət aparan əməkdaşın köməyi ilə iki vətəndaşdan gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.
Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
[caption id="attachment_114230" align="alignnone" width="640"]
Foto Dövlət Gömrük Komitəsinin saytı[/caption]