Bakuplus.az-ın fevralın 1-də Sabunçu rayonunda yerləşən “Stimul hospital”da 47 yaşlı qadının ölümü lə bağlı verdiyi məlumatın təfərrüatları açıqlanıb.
Məlum olub ki, klinikaya daxil olan Səməngül Quliyeva 4-5 gündür özünü pis hiss edib, lakin son anda xəstəxanaya müraciət edib. Kompüter Tomoqrafiya müayinəsindən keçən zaman onun vəziyyəti qəfildən pisləşib. Klinikanın reanimatoloq və təcili yardım heyəti tərəfindən göstərilmiş bütün tibbi yardımlara baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
KT müayinəsinin nəticələrinə əsasən xəstəyə partlamış appendisit və yayılmış peritanit diaqnozu qoyulub.