Bakının Səbail rayonunda “Formula 1” ilə əlaqədar daha iki yol bağlanır. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən məlumat verir.
Bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov və Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton baryerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.
“Formula 1” Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərinə təsadüf edəcək.