Sumqayıt şəhəri, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyən ediləcək. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bununla bağlı “Bakı şəhərinin Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyən edilməsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Layihəyə oktyabrın 3-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında baxılacaq.