Bu həftədən etibarən Sumqayıta Bakı metrosunun “Azadlıq prospekti” stansiyasından birbaşa getmək mümkün olacaq.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, metronun stansiyasını Sumqayıtın Sülh küçəsi ilə birləşdirən 123 nömrəli marşrut xətti gündə 15 avtobusla xidmət göstərəcək.