Suraxanı rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli evdə başlayıb. Nəticədə evin dam örtüyü 60 kv.m, mətbəx 9 kv.m, 1 otağın tavanı isə 22 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.