Paytaxtın 3 rayonunda heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən monitorinq zamanı Bakı şəhərinin Suraxanı, Xətai və Sabunçu rayonlarında ümumilikdə 14 obyektdə qanun pozuntuları aşkarlanıb.
Onların yerləşdikləri ərazilər aşağıdakı kimidir:
- Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi 51;
- Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi 52;
- Xətai rayonu, Cavanşir küçəsi;
- Xətai rayonu, K.Kərimov küçəsi;
- Xətai rayonu, İ.İsmayılov küçəsi 16;
- Xətai rayonu, R.Behbudov küçəsi;
- Xətai rayonu, NZS qəs., R.Bağırov küçəsi 68;
- Xətai rayonu, R.Bağırov küçəsi 3;
- Sabunçu rayonu, Ramana qəs., Şuşa Şəhərciyi;
- Sabunçu rayonu, Yeni Ramana qəs., Şuşa Şəhərciyi;
- Sabunçu rayonu, Ramana qəs., E.Məhərrəmli küçəsi;
- Sabunçu rayonu, Yeni Ramana qəs., E.Məhərrəmli küçəsi;
- Sabunçu rayonu, Yeni Ramana qəs.;
- Sabunçu rayonu, Yeni Ramana qəs., E.Məhərrəmli küçəsi.
Adıçəkilən obyektlərin qanunsuz metal konstruksiyaları sökülüb, sahibkarlar məsuliyyətə cəlb olunublar.