Rusiyanın “Utair” aviaşirkəti Surqut və Tümendən Bakıya uçuşların sayını artırıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az məlumat verir.
Bu aydan etibarən Surqutdan uçuşlar çərşənbə, cümə və bazar günləri, Tümendən isə çərşənbə və cümə günləri həyata keçirilir.
Aviaşirkət, həmçinin Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətlərində reyslər təşkil edir.