Bakıya daha bir elektrik qatarı gətirilib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.
"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək", – deyə ADY-nin məlumatında qeyd olunub.