Karantin rejiminin ləğvi məsələsi Azərbaycan Nazirlər Kabinetinin qərarından asılıdır. Trend-dən əldə olunan məlumata görə, bunu bu gün, 17 iyun tarixində TƏBİB-in sədri Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda jurnalistlərə deyib.
"Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Hazırda koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir", - deyə Qurbanov bildirib.
Bakıdakı Heydər Əliyev Mərkəzində TƏBİB-in təşkilatçılığı ilə ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.