Təcili Tibbi Yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Qeyri-iş günlərində məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. Təcili Tibbi Yardım xidmətinin fəaliyyəti ilə bağlı reydlər keçiriləcək. Qüsurlar aşkarlanarsa, dərhal tədbir görüləcək.
Bakı şəhərində 139 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.