Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi qurulur. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) xəbər verir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsinin qismində birləşdirilir. Bu baradə TƏBİB-nin Müşahidə Şurası qərar verib.
“Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır", – məlumatda deyilir.
Daha öncə əldə olunan məlumata görə, TƏBİB-nin tabeliyində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur.