Təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Ərizə qəbulu onlayn şəkildə və xüsusi portal vasitəsilə aparılır. Ali təhsil müəssisələrinə müraciət etmək istəyən abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri barədə ətraflı məlumatı buradan ala bilərsiniz. Qəbul 28 avqust tarixinə qədər davam edəcək.