“EL AL” aviaşirkətinin Tokio - Təl-Əviv reysini yerinə yetirən hava gəmisi Bakıda təcili eniş edib. Bu haqda 30 mart tarixində axşam saatlarında hava limanının mətbuat xidməti məlumat verib.
Təyyarə kapitanı sərnişinin səhhətinin qəflətən pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq sorğusu göndərib.
Təyyarə saat 21:51-də Bakı hava limanına enib, sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.