top
İT mütəxəssisi: “Hər kəs bilməlidir ki, maliyyə piramidalarının iş sxemi bir yerə qədər davam edir” – AÇIQLAMA
30 sentyabr 2024, 06:08
- ↺ +

İT mütəxəssisi: “Hər kəs bilməlidir ki, maliyyə piramidalarının iş sxemi bir yerə qədər davam edir” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onlayn dələduzluq əməlləri son illərdə geniş yayılıb. İnsanların şəxsi məlumatlarına, maliyyə hesablarına və digər həssas məlumatlara qanunsuz çıxış əldə etmək üçün müxtəlif metodlar istifadə olunur. Saxta veb saytlar və digər vasitələrlə istifadəçiləri aldatmaq cəhdləri artmaqdadır.

Xatırladaq ki, ötən gün 18 yaşlı bloqer Hüseyn Quliyev DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Səbəb isə “Farmaniya” dələduzluq piramidasıdır.

O, sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. Vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Onların istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olduğu aşkarlanıb.

Bəs dələduzların toruna düşməmək üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, maliyyə piramidaları 1990-cı illərdən Azərbaycanda müxtəlif formalarda fəaliyyət göstərir:

 

“Hazırkı dövr rəqəmsal olduğu üçün maliyyə piramidaları da həmin müstəvilərə keçib. Azərbaycan internet seqmenti və ya aztəminatlı insanlar daha rahat, əziyyətsiz və zəhmətsiz vasitələrlə pul qazanmağa yönəlirlər. Ona görə də maliyyə piramidalarına həm ənənəvi üsulda, həm də rəqəmsal müstəvidə daha çox rəğbət göstərilir.

Rəqəmsal müstəvidə xüsusi bir yanaşma edilmir. Ənənəvi formanın rəqəmsal olması ilə maliyyə piramidaları bu müstəvidə daha geniş kütlələrə çıxış edərək, insanları şirnikləndirici tələlərlə cəlb edir. Bu, hazırkı dövrün əsas problemlərindən biridir”.

E.Abbasov qeyd edib ki, insanlar bloqerlərin çağırışlarına daha tez inanıb, özlərini riskə atırlar:

“İnsanlar rəqəmsal mühitdə o qədər də səriştəli olmadıqları üçün yalan vədlərə və bloqerlərin çağırışlarına daha tez inanırlar. Son dövrlərdə bir çox piramida sistemləri rəqəmsal mühitə keçib, bir çoxları dələduzluq ittihamı ilə polis tərəfindən tutulub.

Hazırda proseslər davam etməkdədir. Bir çox piramidalar və xüsusən maliyyə piramidaları dələduzların hədəflərindədir. Bu yolla vətəndaşları aldadaraq böyük vəsaitlər əldə edə bilərlər.

Ümumiyyətlə, hər kəs bilməlidir ki, maliyyə piramidalarının iş sxemi bir yerə qədər davam edir. Kiçik məbləğlər qazanırlar, daha sonra balans pozulur. Balans pozulduqda qazanc sistemləri dayanmış və ya passivləşmiş olur. Adətən eşidirəm ki, kənar şəxsləri nümunə kimi gətirirlər ki, filankəs menecerdir. Ayda 10-11 min qazanır. Ona inananlar heç vaxt həmin məbləği qazana bilmirlər. İllərin müqabilində 150-200 dollar qazana bilirlər. Amma sonda məyus olurlar”.

“Son dövrlərdə polisin və güc strukturlarının fəaliyyəti ilə bir çox piramidalar ifşa olunub. Burada daha çox rəqəmsal müstəvidəki piramidalar hədəfə alınmaqdadır. Bu ən böyük dələduzların maliyyə qazancına çevrilib.

İstənilən biznes fəaliyyəti Azərbaycanda vergi ilə tənzimlənməlidir. İnsanlar dəqiqləşdirməlidir ki, həmin şirkətlər ölkədə rəsmi fəaliyyət göstərir, ya yox. Qeydiyyatlarının olub-olmaması müəyyənləşməlidir. Həqiqi maliyyə şirkətidirsə, həqiqi fəaliyyətdədirsə, rəsmi köçürmə bank hesabları olmalıdır. Vətəndaşlar hər hansı insidentlə qarşılaşarsa, məhkəmə ilə üzləşəcəklər, lakin rəsmi qeydiyyat, bank hesabı və ya şirkət yoxdursa, polis bu işlə məşğul olacaq”, – deyə E.Abbasov əlavə edib.

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər