top
Spirtli içki qəbul etdi, marşrutda sərnişinin pul kisəsini oğurladı
01 iyul 2026, 15:25
- ↺ +

Spirtli içki qəbul etdi, marşrutda sərnişinin pul kisəsini oğurladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda marşrut avtobusunda sərnişinin pul kisəsini oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs sərnişin qadının dizinin üzərində olan, ağzı açıq vəziyyətdə saxlanılan əl çantasından pul kisəsini gizli şəkildə götürüb.

Pul kisəsinin içərisində müxtəlif nominallı əsginaslardan ibarət ümumilikdə 300 manat nağd pul olub. Pul kisəsinin dəyəri isə 15 manat təşkil edib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 315 manat maddi ziyan dəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, hadisədən əvvəl spirtli içki qəbul edib. Onun sözlərinə görə, avtobusda ön oturacaqda əyləşən qadının əl çantasının açıq olduğunu və içərisində pul kisəsi olduğunu görərək oğurluq etmək qərarına gəlib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, avtobusdan düşdükdən sonra pul kisəsini açıb və içərisində yalnız 30 manat olduğunu görərək həmin pulu götürüb. Daha sonra pul kisəsini avtobus dayanacağının yaxınlığında dayanmış avtomobillərdən birinin üzərinə qoyaraq hadisə yerindən uzaqlaşıb.

O, məhkəmədə əməldən peşman olduğunu, cinayəti sərxoş vəziyyətdə törətdiyini bildirib. Təqsirləndirilən şəxs anasının xəstə olduğunu nəzərə alaraq ona sonuncu şans verilməsini və daha yüngül cəza təyin olunmasını xahiş edib. O, həmçinin zərərçəkmişin 300 manat pulunun olduğunu iddia etdiyi üçün həmin məbləği sonradan ödədiyini deyib.

Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddəsi ilə tövsif edib və təqsirləndirilən şəxsi 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 

Mənbə: qaynarinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər