top
Baku Central Hospital əmək qanunvericiliyini pozmaqda ittiham olunur
02 iyul 2026, 11:13
- ↺ +

"Baku Central Hospital" əmək qanunvericiliyini pozmaqda ittiham olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə müəssisəsi "Baku Central Hospital" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyini pozmaqda ittiham edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müəssisədə yoxlama aparılıb.

Məlum olub ki, A. A. qanunsuz olaraq işdən çıxarılıb və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə şikayət edib.

Şikayətçinin Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətindən görünür ki, o, əmək müqaviləsi bağlanmadan "Baku Central Hospital" tibb müəssisəsinə işə götürülüb.

Həmçinin əmək haqqı və məzuniyyət ödənişləri gecikdirilib və tam ödənilməyib. Buna görə də psixoloji təzyiqə məruz qalaraq işdən ayrılıb. O, əmək qanunvericiliyinin pozulması ilə bağlı yoxlama aparılmasını xahiş edib.

Vətəndaşın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "Baku Central Hospital" MMC-yə şikayətlə bağlı məktub ünvanlanıb. Sənədlərin 7 iş günü ərzində tam və düzgün təqdim edilməsi tələb edilib. Amma klinikanın məsul şəxsləri tələb olunan sənədləri təqdim etməyiblər.

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati protokol yazılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC 2 min manat cərimə edilib.

İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq olunub.

MMC tərəfindən hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilib və izah edilib ki, 10 gün müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir.

Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.


Mənbə: teleqraf.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər