Bakıda mənzildə meyiti tapılan qadın müəllim imiş. Bu haqda 1 iyun tarixində Təhsilforumu.az məlumat verib.
Ötən gün Nəsimi rayonunda FHN əməkdaşları tərəfindən mənzildə tapılan meyit 69 yaşlı Canetta Kazımzadəyə məxsus olduğunu məlum olub. Mərhum Bakı Xoreoqrafiya Akademiyasında müəllim işləyirmiş.
Məlum olub ki, Fransız dili fənnini tədris edən Canetta Kazımzadə ötən il yaşla əlaqədar təqaüdə çıxıb. Əldə olunan məlumata görə, mərhum tək yaşayırdı.