Ötən gün Masallıdan Bakıya gələrək lükə düşən gənclə bağlı məlumat vermişdik.
Bakuplus.az xəbər verir ki, əməkdaşımız hadisənin yaşandığı yerə baş çəkib. Lakin lükun hələ də qırıq vəziyyətdə olduğunu müşahidə edib. Bir gün keçməsinə baxmayaraq aidiyyəti qurumlar heç bir tədbir görməyib.
Nəzərə alsaq ki, lükun üzərində elektrik yazılıb, məsələnin nə qədər ciddi olduğunu anlamaq çətin deyil.