Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ötən gün ərzində FHN-in əməkdaşları tərəfindən Buzovna çimərliyində və Bilgəh qeyri-çimərlik ərazisində xilasetmə əməliyyatları keçirilib. Əməliyyat zamanı 3 nəfər xilas olunub.