Manila-İstanbul marşrutu ilə uçan təyyarə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Hava Limanının Mətbuat Xidmətinə istinadən məlumat verib.
"Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin komandiri 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş sorğusu göndərib. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı Hava Limanına enib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə Bakıdan İstanbula uçmaq üçün saat 05:07-də havaya qalxıb.