Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilir. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbir qəsəbənin Türkan-Zirə avtomobil yolunun ətrafında baş tutub. Aksiyada Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və qəsəbə bələdiyyəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ərazidə müxtəlif növ ağac və kollar əkilib və onlara aqrotexniki qulluq göstərilib.