Türkiyədə 14 milyon hektar ərazi yanıb.
Bakuplus.az xəbər verir ki, genişmiqyaslı yanğın nəzarət altına alınıb. Hazırda meşələrdə müşahidə edilən qısa yanğın ocaqlarının söndürülməsi istiqamətində işlər davam edir.
“Havanın temperaturu 36 dərəcədir və külək müşahidə olunur. Bu səbəbdən yanğının söndürüldüyü ərazilərə yenidən baxış keçirilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, güclü yanğınlar nəticəsində Türkiyənin 12 milyon 500 min hektar ərazidə olan meşə örtüyü 4 gün ərzində tamamilə kül olub.
Son 2 gündə FHN-nin amfibiya tipli yanğınsöndürmə təyyarəsi Muğla istiqamətində olan yanğınların söndürülməsində aktiv iştirak edib. Hava gəmisi 6 saat ərzində 114 ton suyu yanğın ərazisində töküb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2024/08/whatsapp-video-2024-08-20-at-14.36.041_2.mp4"][/video]