Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının qardaş ölkənin prezident və parlament seçkilərində iştirak edəcəkləri tarix və ünvan açıqlanıb. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Türkiyə səfirliyinə istinadən xəbər verir.
Səfir Cahit Bağcının sözlərinə görə, seçki məntəqəsi diplomatik nümayəndəliyin binasında, Səməd Vurğun küçəsi, 134 ünvanında təşkil olunacaq. Səsvermə 5-7 may tarixlərində 09:00-da 21:00-a qədər davam edəcək.
14 may tarixində Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd - Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıcdaroğlu, Məhərrəm İncə və Sinan Oğan mübarizə aparırlar.