Türkiyədə zəlzələ bölgəsinə cəlb olunan daha bir qrup xilasedicilər vətənə qayıdıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qardaş ölkədə olan xilasedicilərdən daha 236 nəfəri Bakıya qayıdıb. Onları Heydər Əliyev adına Hava Limanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov, FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Türkiyənin Azərbaycandakı Səfirliyinin hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın, daxili işlər müşaviri İlhan Şen, media müşaviri Hüseyn Altınalan digər rəsmi şəxslər qarşılayıblar.
Ötən gün paytaxta 236 nəfərdən ibarət xilasedicilər qrupu gəlmişdi.
[caption id="attachment_92668" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]