Türkiyənin Azərbaycandakı səfiri Tibb Universitetinin rektoru ilə görüşüb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Türkiyə səfiri Cahid Bağcı Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin qonağı olub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təhsil müşaviri Nurullah Yazıçı, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak ediblər. Söhbət zamanı Türkiyə universitetləri ilə ikili diplom mövzusunda, eləcə də təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb, birgə layihələrə toxunulub.
Hazırda ATU-da təhsil alan 2843 əcnəbi tələbənin 1069 nəfəri Türkiyədəndir.