Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı maşınlarının ilk karvanı Bakıya qayıdır. Bu barədə bu gün, 7 mart tarixində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zəlzələnin nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yük maşınları Türkiyəyə humanitar yardım çatdırıb.
Bu gün səhər saatlarında 14 maşından ibarət karvan Kahramanmaraşdan yola düşüb.
[caption id="attachment_93165" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]