Bakıda bayram namazı qılınıb. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az xəbər verir.
Paytaxtın bir sıra məscidlərində, o cümlədən Əjdərbəy və Təzəpir məscidlərində insanlar toplaşıb və bayram namazı qılınıb.
Ramazan ayı ölkəmizdə 23 mart tarixində başlayıb. Fitr, yəni Ramazan bayramı 21 aprel tarixinə təsadüf edib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 21 və 22 aprel Ramazan bayramı kimi qeyd olunur.