Taksi fəaliyyəti üçün verilən icazələrin sayı açıqlanıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən qurumdan verilən məlumata görə, taksi fəaliyyəti üçün “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” alınmasına start verilib. Bu günə qədər 600-dən çox sürücü icazələri əldə edib.