Dövlət Xidməti taksi qiymətləri ilə bağlı münasibət bildirib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti bildirib ki, dövlət tərəfindən tənzimlənən malların siyahısı təsdiq edilib.
Siyahıya əsasən, taksi xidmətlərinin tarifləri bazar prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir. Eyni zamanda sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.