Bu həftəsonu taksi sürücüləri üçün imtahan keçiriləcək.
Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 25 avqust tarixində imtahan keçiriləcək.
İmtahan Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahanlar 2 növbədə – 10:00 və 13:00-da baş tutacaq və 1 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib. İmtahan zamanı namizədlərə 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.