Azərbaycanda taksilərin sayı limitli ola bilər. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, Azərbaycan Respublikasının qanununa əsasən, taksi fəaliyyətinə məhdudiyyət qoyula bilər.
Belə ki, sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər qoyula bilər.