Talassemiya xəstələrinin pulunu mənimsəyən şəxs həbs edilib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Aynur Bayramova azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Təqsirkar 36 nəfər şəxsin ümumilikdə 1 milyon AZN-yə yaxın pullarını mənimsəməkdə təqsirli bilinir.