İtaliyanın “La Stampa” nəşrində Bakıya həsr olunmuş Marko Morettinin məqaləsi paylaşılıb. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az məlumat verir.
Məqalədə paytaxtın tarixi barədə məlumat verilib. Müəllif İçərişəhəri Bakının “orta əsrlər dövrünün yaddaşı” adlandırır. Mətndə Atəşgah məbədi haqqında da bəhs edilir.
Moretti qeyd edir ki, Bakı neoqotika, neomavritan və neorenessans üslubları ilə tikilmiş binalar vasitəsilə azadlığın ən eklektik tərəfinin göstərildiyi memarlıq kaleydoskopudur.
Əlavə olaraq Bakının müasir görünüşündən də bəhs edilir - göydələnlər, Heydər Əliyevin mərkəzi, Alov qüllələri və şəhərin müasir ruhuna xüsusi yer ayrılıb.