Tanışına bıçaqla xəsarət yetirən şəxs barəsində qərar verilib.
APA xəbər verir ki, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu ilin əvvəlində baş verib. F.Əsgərov tanışı Elmar Nağı oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Sonradan tərəflər barışıb, F.Əsgərov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.