Qəsdən adam öldürməyə hazırlıqda təqsirləndirilən şəxsin cinayət işi üzrə istintaq başa çatıb. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Tahir Hüseynov cari ilin fevral ayında tanışı Elman Əsədovu Suraxanıda yaşadığı evdə qəsdən öldürmək və əmlakını ələ keçirmək istəyib. Bu səbəbdən də şübhəli şəxs bir neçə dəfə odlu silahla T.Hüseynovun evinə gəlib, ancaq müəyyən səbəblərdən cinayəti başa çatdıra bilməyib.
Bununla bağlı onun barəsində Cinayət Məcəlləsinin 8 maddəsi üzrə iş açılıb. Toplanan bütün sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.