Tanınmış jurnalist yol qəzasına uğrayıb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Jurnalist Samirə Əşrəfi evdən çıxıb işə gedərkən onu avtomobil vurub. Nəticədə jurnalist dizlərindən və qaşından xəsarət alıb. Hazırda o, Kliniki Tibbi Mərkəzdə müayinə olunur.
Samirə Əşrəfi müayinədən sonra evə buraxılacağını bildirib.