Bakıda yerləşən “Liv Bona Dea Hospital”da ödənişsiz göz müayinəsi keçiriləcək. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az klinikaya istinadən xəbər verir.
Görkəmli oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə müraciət edən ilk 100 nəfərə ödənişsiz, növbəti müraciət edən şəxslərə isə 50% endirimli müayinə təklif ediləcək. Əlavə olaraq, müayinədən keçənlər arasından 2 nəfərə pulsuz göz əməliyyatı hədiyyə olunacaq.
Qeydiyyat və ətraflı məlumat üçün çağrı mərkəzi 900 və ya (051) 207 60 38 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Mehdi Abbasov küçəsi, 2.