top
Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi - Bədənində zədələr var
25 mart 2025, 03:06
- ↺ +

Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi - Bədənində zədələr var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib".

Bu barədə Teleqraf-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var:

“Bunu bir oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən və bilərəkdən torlarına salan gənclər var.”

K. Ağazadə qızın sığınacağa hələ yeni gəldiyini bildirib:

“Amma bir neçə gündən sonra buraya adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etməyib. Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq hələ tezdir. O, öncə mühitə uyğunlaşmalıdır, buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq və sosial işçilər öz işlərini görəcəklər.”

Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideyninin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib:

“Qızlardan biri 2023-cü ildə polis tərəfindən anasının iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burada qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb razılaşdırdıq ki, ən azından axşam evə getsin, gün ərzində isə uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara və tədbirlərə qatılsın. Razılıq verdilər.

Biz onu ərizə əsasında qəbul etdik və Sosial Xidmətlər Agentliyinin alt sisteminə yönləndirdik. Çünki o, çətin tərbiyə olunan və həssas qrupdan olan uşaq idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə “Sabah gətirəcəyəm”, “Bu gün gətirəcəyəm” dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, həmin qız sığınacağa gəlmədi.

Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi nəzərə alınmalıdır. Valideyn söz verib ki, gətirəcək, amma gətirməyib. Dediyim kimi, bu qız bizdə qeydiyyatda olub, amma cəmi bir gün qalıb.”

Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər