Tarif Şurası Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Yeni tikilən 129 km-lik yol Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayır.
Tariflər:
- Minik avtomobilləri və 3,5 tona qədər olan yük maşınları: 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat);
- 3,5 tondan yuxarı olan yük avtomobilləri və digər maşın-mexanizmlər: 1 km üçün 11,6 qəpik (bütün yol üçün təxminən 15 manat);
- Avtobuslar: 1 km üçün tarif 7,8 qəpik (bütün yol üçün təxminən 10 manat);
- Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-lər: 1 km üçün tarif 19,4 qəpik (bütün yol üçün təxminən 25 manat).
Qiymətlərə ƏDV daxildir. Hazırda yolda son tamamlama işləri aparılır.