Tarkanın Bakıda keçiriləcək konsertinə biletlərin qiyməti açıqlanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Bizim.media-ya istinadən məlumat verir.
"İticket.az" platforması sosial şəbəkə hesabında Türkiyə ulduzunun verəcəyi konsert tədbirinin tarixini və biletlərin qiymətini açıqlayıb.
Biletlərin qiyməti 50-300 manat arası dəyişir. Konsert isə 25 noyabr tarixində "Crystal Hall"da baş tutacaq.