Beynəxlaql Şahmat Federasiyası may ayı üçün reytinqini açıqlayıb. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az federasiyaya istinadən xəbər verir.
FİDE-nin rəsmi saytına əsasən, Teymur Rəcəbov 27-ci yerdə qərarlaşıb. Rauf Məmmədov isə 81-ci sıradadır. Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. O, 18-ci yerdədir.
Dünya Kubokunun iştirakçısı Nicat Abasov ilk “100-lük”dən kənarda qalıb. Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə 35-ci, Gövhər Beydullayeva 45-ci, Ülviyyə Fətəliyeva 72-ci, Xanım Balacayeva 74-cü, Gülnar Məmmədova isə 90-cı pillədə qərarlaşıblar.
Qadınlar arasında lider Çindən olan Yifan Houdur.